Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Mart 2021 22:24
ABŞ prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə bağlı verdiyi açıqlamalara görə təəssüflənmir.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, bunu Ağ Evin mətbuat katibi Ceyn Psaki bildirib.
Bununla bağlı "ABC" telekanalının jurnalisti sualla müraciət edib. Sualın cavabında Psaki - "Xeyr. Prezident birbaşa suala birbaşa cavab verib", - deyə qeyd edib.
Bundan başqa, o əlavə edib ki, Ağ Ev rəhbəri "sözdə də, əməldə də geri çəkilməyəcək".
Qeyd edək ki, martın 17-də "ABC News"a verdiyi müsahibədə ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinin 2020-ci ildə Amerikada prezident seçki kampaniyasına iddia edilən müdaxiləyə görə "cavab verəcəyini" bildirib. Həmçinin ABŞ prezidenti rusiyalı həmkarına qarşı şəxsi təhqirlərə imkan verib. Eyni zamanda, Putini qatil hesab edib-etməməsi ilə bağlı suala təsdiq cavabı verib. Rusiya prezidenti isə Baydenin sözlərinə can sağlığı diləyərək cavab verib. Daha sonra onunla müzakirələri canlı efirdə davam etdirməyi təklif edib.