Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nardaran hadisələrinə görə həbs edilən 29 nəfər və “Gəncə hadisələri”nə görə həbs olunan 3 şəxsr əfv olundular - SİYAHI

Nardaran hadisələrinə görə həbs edilən 29 nəfər və “Gəncə hadisələri”nə görə həbs olunan 3 şəxsr əfv olundular - SİYAHI

Tarix: 18 Mart 2021 22:32

Prezident İlham Əliyevin martın 18-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamda Nardaran hadisələrinə görə həbs edilən 29 nəfərin və "Gəncə hadisələri"ndə təqsirli bilinən iki nəfərin adları var.

Sonxeber.net bildirir ki, Nardaran hadisələrinə görə həbs edilən şəxslərin böyük bir hissəsi əfv edilib.

Nardaran hadisələrinə görə həbs edilən 29 nəfərin adı var. Həmin şəxslərin tam siyahısı belədir:

- Yarıyev Ramin Məhərrəm oğlu

- Yəhyayev Ağa-Əli Eldar oğlu

- Əliyev Anar Yusif oğlu

- Rzayev Sahil Xalid oğlu

- Vəliyev Niftəli Əşrəf oğlu

- Balayev Fərhad Nəsrəddin oğlu

- Xudaverdiyev İbrahim Məmməd oğlu

- İsmayılov Aqil Azər oğlu

- İsmayılov Etibar Rasim oğlu

- Quliyev Abbas Əbdülrəhman oğlu

- Nuriyev Əli Həsrət oğlu

- Tağızadə Abbas Hafiz oğlu

- Vəliyev Əlibala Cavad oğlu

- Əskərov Bəhruz Rahib oğlu

- Mustafayev Zakir Tapdıq oğlu

- Abduləliyev Şamil Adil oğlu

- Qəhramanov Nahid Nəsib oğlu

- Axundov Elgün Ənvər oğlu

- Alış Vüsal Nadir oğlu

- Şahbazov Əli Atabala oğlu

- Əliyev Əmirəli İsmayıl oğlu

- Muradov Fərhad Mirzəhəsən oğlu

- İbrahimov İsa Tofiq oğlu

- Əliyev Cabir Sabir oğlu

- Seyfullayev Ramil Suliddin oğlu

- İbrahimov Mübariz Eyyub oğlu

- Quliyev Mehman Əbülfəz oğlu

- Məmmədov Mehman Sudef oğlu

- Allahverdiyev Faiq Arif oğlu

"Gəncə hadisələri"ndə təqsirli bilinən üç nəfər  əfv edilib. Onlar Allahverdiyev Elvin Nəriman oğlu, Həsənov Ülvi Saləddin oğlu və Xudiyev Vüqar Mənsur oğludur.

Xatırladaq ki, 2018-ci il iyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı, iyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş törətməklə həmin terror aktını dəstəkləyən radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşına zor tətbiq etməklə qətlə yetirməsi və sair faktlar üzrə cinayət işi başlanılaraq istintaq aparılıb. Bu hadisələrə görə 80 nəfərə qədər şəxs cinayət məsuliyyətinə cəlb olunmuşdu.


Etiketlər:  Nardaran hadisələrinə görə həbs edilən nəfər Gəncə hadisələrinə görə həbs olunan şəxsr əfv olundular SİYAHI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ