Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycana gətirilən vaksin Britaniya ştammından qoruya biləcək? - Araşdırma

Azərbaycana gətirilən vaksin Britaniya ştammından qoruya biləcək? - Araşdırma

Tarix: 19 Mart 2021 11:52

"Kütləvi şəkildə vaksin olunan şəxslər üçün eynilə Türkiyədəki kimi karantin rejimi bizdə də ləğv oluna bilər".

Bunu Sonxeber.net-a açıqlamasında infeksionist İlahə Vəliyeva deyib.

İnfeksionist bildirib ki, COVİD əleyhinə ölkəmizə gətirilən vaksin bizi başqa viruslardan da qoruya bilər:

"Vaksin olunanların sayını artırmaq üçün maarifləndirmə işləri daha güclü olmalıdır. Onlara bunun məqsədinin nə olması, qorxulu olmadığı, bədəndə hər hansı bir xəstəlik varsa belə peyvənd oluna biləcəklərini izah etmək lazımdır. Çünki vaksinasiya ciddi ağırlaşma verməyəcək, əlbəttə ki, bu yolla vaksin olunanların sayı da artar. Və bu şəkildə daha irəli addımlar atmaq olar. Vaksin olunan şəxslərdə 3 həftədən sonra antitellər əmələ gəlir deyirik. Bu antiteli yoxlatdırmaq lazımdır ki, antitellər əmələ gəlib ya yox. Qanda nə qədər ki, antitellər var, əlbəttə ki, həmin vaxt COVİD-ə yoluxma müşahidə olunmur. 

COVİD-in yeni növü olan Britaniya ştammı artıq dünyada geniş vüsət almağa başlayır, xüsusilə Avropa ölkələrində. Baxmayaraq ki, Britaniya höküməti bunun qarşısını almaq üçün sərhədlərini bağlamağa da çalışdı, amma bunun qarşısını almaq mümkün olmadı.

Araşdırmam zamanı bir şey diqqətimi çəkdi, Türkiyədə hələ oktyabr-noyabr aylarında qrip virusuna qarşı kütləvi şəkildə vaksinasiya keçirildi. Müəyyən olunmuşdu ki, qripə qarşı vaksinasiya olunan insanlarda yaranan antitellər onları bir müddət koronavirusa qarşı müdafiə etmiş oldu. Yəni bu o deməkdir ki, bir virusa qarşı olan antitellər qismən də olsa bizi digər virusdan qoruya bilir. Bu da COVİD əleyhinə ölkəmizə gətirilən vaksinin bizi başqa viruslardan da qoruya biləcəyini, əhəmiyyətini göstərmiş olur. Ümumiyyətlə vaksinasiya insanlar arasında kütləvi şəkildə həyata keçirilsə, effektini görərik. Lakin hələ Azərbaycan əhalisinin çox cüzi bir hissəsi, risk qrupunda olan kateqoriya vaksinasiya olunub".

Təhməz Əsədov


Etiketlər:  Azərbaycana gətirilən vaksin Britaniya ştammından qoruya biləcək Araşdırma


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ