Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2021 22:51
Türkiyəli məşhur həkim-professor İbrahim Saraçoğlu koronavirusa qarşı ən güclü bitkilərin adlarını açıqlayıb.
Sonxeber.net xəbər verir ki, professorun sözlərinə görə, adaçayı və meşəlik əməköməcisinin koronavirusa qarşı təsiri sübut olunub: "Adaçayı və meşəlik əməköməcisi həm müalicəvi təsirə malikdir, həm də qoruyucudur. Adaçayı orqanizmdə virusu yox edir. Biz adaçayı və meşəlik əməköməcisinin qarışımı hazırladıq. Bunun koronavirusa qarşı iki dəfə daha təsirli olduğunu gördük. Bunu bir stəkan suda 10 dəqiqə qaydadırıq və soyumağa qoyuruq. Daha sonra bunu içirik".
Professor lavandanın bütün viruslara qarşı təsirli olduğunu da qeyd edib: "Sadəcə koronavirusa qarşı deyil bütün xəstəliklərə səbəb olan viruslara qarşı bir ovuc lavandanı götürüb, qaynar suyun içinə atın. Daha sonra onu otaqdakı masaya qoyun. Yatmazdan əvvəl yataq otağınıza da qoysanız, otaqdakı bütün virusları öldürər. Adaçayı, lavanda və kəklikotu antiviraldır. Uçucu yağları olan bu bitkilərin ayrı-ayrı çaylarını içə bilərsiniz. Bu bitkilərin içinde pentenil qruplar yer alır. Bunlar yeni kəşf edilib. Bu mövzuda yayımlanmış məqalələr var. Kimyaçılar bu qoxuların koronavirusa qarşı nə qədər təsirli olduğunu da açıqlayıblar. Koronavirus keçirənlərin ən böyük şikayəti dad və iybilməni itirməsidir. İybilmə üçün ən təsirli vasitə üzərlik toxumudur. Üzərlik toxumunu bir yemək qaşığı qaynayan suyun içinə atıb qoxladığınızda iybilmə geri gəlir. Dad bilmə üçün isə ən təsirli bitki Yunan lavandasıdır. Sadaladığım bütün bitkilər koronavirusa qarşı təsirlidir. İnsanlar təbiətə geri dönməlidir. Bütün xəstəliklərin çarəsi təbiətdədir". /medicina.az