Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Mart 2021 09:40
"Yuventus"un qapıçısı Canluici Buffon mövsümün sonunda klubdan ayrılmağı planlaşdırır.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 43 yaşlı qolkiper "Parma"ya keçmək niyyətindədir. O, mövsüm boyu komandanın əsas qapıçısı kimi çıxış etmək istədiyi üçün belə addım atmağı düşünür.
Qeyd edək ki, Buffon "Yuventus"a 2001-ci ildə məhz "Parma"dan transfer olunmuşdu. O, 2018-ci ildə PSJ-yə getsə də, 1 il sonra yenidən Turin təmsilçisinə qayıdır. Buffon karyerası ərzində ümumilikdə 926 matça çıxıb. O bu görüşlərin 770-də qol buraxıb, 416-da isə qapısını toxunulmaz saxlayıb.