Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Mart 2021 14:45
Xalq artisti Brilliant Dadaşova bacısı Lalə Dadaşovanın sosial şəbəkədə yayılan fotosundan danışıb.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, müğənni "Elgizlə izlə" verilişində bu haqda danışıb. O bildirib ki, bacısının heç bir xəstəliyi yoxdur:
"Rafael Dadaşovun yasından bağımıza gəldik. Hacı Nuran da orada idi. Rafaelin zarafatlarını yada salıb güldük. O, bədbinliyi xoşlamırdı. Lalə xanım gördü foto çəkdiririk, qaçdı gəldi dayandı. Şəkildə elə düşüb".
Lalə Dadaşova isə "Eybi yox, yazsınlar. Yəqin mənim xəstə olma xəbərimi paylaşıb, reytinq yığıb, pul qazanırlar. Halallıq verirəm" sözlərini söyləyib.