Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Levandovski İngiltərə ilə matçı buraxacaq

Levandovski İngiltərə ilə matçı buraxacaq

Tarix: 20 Mart 2021 18:00

"Bavariya"nın və Polşa millisinin oyunçusu Robert Levandovski yığmanın İngiltərə ilə matçında iştirak edə bilməyəcək.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə Münhen klubunun idman direktoru Hasan Salihamidziç danışıb. O, koronavirusa görə İngiltərədən qayıdan şəxslərə qoyulan məhdudiyyətlər səbəbindən Bundesliqa təmsilçisinin 32 yaşlı hücumçunu DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində İngiltərə - Polşa görüşü üçün buraxa bilməyəcəyini deyib.

Qeyd edək ki, İngiltərə - Polşa  matçı martın 31-i Londonda oynanılacaq. Levandovski martın 25-də Macarıstan, 27-də isə Andorra ilə görüşlərdə iştirak edə biləcək.


Etiketlər:  Levandovski İngiltərə ilə matçı buraxacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ