Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Mart 2021 18:36
Ermənistan Baş naziri Nikol Paşinyan regionda düşmənçilik münasibətlərinə son qoyulmasının və bununla bağlı kommunikasiyanın açılmasının vacib olduğunu bildirib.
Sonxeber.net qafqazinfoy-a istinadən xəbər verir ki, N.Paşinyan bunu Ermənistanın Araqatson bölgəsinə səfəri zamanı kəndlilərlə görüşündə deyib: "Məsələ hasısa şəkildə həll olunmalıdır. Biz gərək hərəkət edək və problemin həlli üçün regional kommunikasiya və yollar açılmalıdır".
Paşinyan erməni vətəndaşlara müraciətində qeyd edib ki, əgər sizə kimsə desə ki, Azərbaycan və Ermənistan arasında kommunikasiyanın bərpası bu dövlətlərdən yalnız birinə xeyiri var, onlara inanmayın, yalan deyirlər:
"Azərbaycan Naxçıvanla kommunikasiya əlaqəsi əldə etməlidir, biz isə Rusiya və İranla dəmiryolu əlaqəsi yaratmalıyıq. Bu o deməkdir ki, iqtisadiyyatımız əhəmiyyətli dərəcədə dəyişə bilər".