Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Mart 2021 23:20
İlk qurtumla birlikdə spirt ağzınız və yemək borunuzla ilə təmasda olduqdan sonra ciddi miqdarda qana qarışacağı ilk dayanacaq olan mədəyə gəlir. Ancaq spirtin qana qarışması ən çox incə bağırsaqlarda baş verir.
Böyük bir qisimi incə bağırsaqlarda qana keçən spirt mərkəzi sinir sistemimizə təsir etməyə başlayır. Bir neçə dəqiqə sonra beyinə keçərək sinir hüceyrələrini təsir edir və sinir impulslarını yavaşladır. İçməyə davam edilsə beyindəki görmə, tarazlıq, danışma və mühakimə ilə əlaqəli sinir mərkəzləri təsirlənməyə başlayır. Bu vaxt spirtin təsirlərini aradan qaldıra bilmək üçün ürək əzələsi çox işləyir və nəbz artır.
Sonxeber.net yasilelm.com-a istinadən bildirir ki, bir az daha içilsə, şüur itkisi meydana gələ bilər. Daha da davam edilsə, spirtin qandakı nisbəti spirt zəhərlənməsi səviyyəsinə çatar, tənəffüs çatmazlığı səbəbi ilə ölüm qaçınılmaz olar. Spirt olduqca yavaş parçalanır. 100 qram saf spirtin bədəndə parçalanması təxminən 10 saat davam edir.
Qaraciyərdə parçalanan hər bir qram spirt üçün 7.1 kilokalori ortaya çıxır. Edilən araşdırmalara görə ABŞ-da insanlar ümumiyyətlə, kalori ehtiyacının 10%-i spirtdən alır. Spirtli içkilərdə bu nisbət 50% olub ciddi bəslənmə pozuqluqları yaradır. Spirt qaraciyər çatışmazlığın əlavə, ürək xəstəliyi və xərçəng riskini də artırır. Beyində hüceyrə əlaqələrinin pozuntusuna gətirib çıxarır, uzun müddətdə beyin hüceyrələrində degenerasiya artır, psixiatrik pozuqluqlar başlayır.
Amma spirtin ən böyük təsiri sağlamlığı pozmasından başqa ailələri və dostluqları parçalaması, həbsxana və xəstəxanaları doldurmasıdır.