Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pandemiyanın ictimai iaşə dövriyyəsinə təsiri - 3 dəfə azalma var

Pandemiyanın ictimai iaşə dövriyyəsinə təsiri - 3 dəfə azalma var

Tarix: 21 Mart 2021 09:12

Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar 2020-ci ilin mart ayından başlayaraq turizm sektorunun əsas elementlərindən biri olan iaşə müəssiələrinin fəaliyyətində yaranmış tənəzzül hələ də davam etməkdədir.

Dövlət Statistika Komitəsindən Sonxeber.net-a verilən məlumata görə, cari ilin yanvar-fevral aylarında ictimai iaşə dövriyyəsi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,9 dəfə azalaraq 78,1 milyon manat olub.

Özəl sektorda ictimai iaşə dövriyyəsinin 40,7 faizi hüquqi şəxslərin, 59,3 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 2,8 dəfə azalaraq 31,4 milyon manat olub.


Etiketlər:  Pandemiyanın ictimai iaşə dövriyyəsinə təsiri dəfə azalma


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ