Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tovuzda ağır qəza: Üç nəfər xəstəxanalıq oldu, birinin vəziyyəti ağırdı

Tovuzda ağır qəza: Üç nəfər xəstəxanalıq oldu, birinin vəziyyəti ağırdı

Tarix: 21 Mart 2021 10:10

Tovuzda iki minik avtomobilinin toqquşması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sonxeber.net Baku TV-yə istinadən xəbər verir ki, hadisə rayonun H.Əliyev prospektində olub.

Qəza nəticəsində "Changan" və "VAZ 2106" markalı minik avtomobilləri toqquşublar.

Toqquşmanın təsiri ilə "VAZ 2106" əsaslı dərəcədə deformasiyaya uğrayıb. Avtomobildə olan üç nəfər isə yaralanıb.

Təcili xəstəxanaya çatdırılan yaralılardan birinin vəziyyəti ağırdır. Digər ikisi isə ambulator müalicə üçün xəstəxanadan evə buraxılıblar.


Etiketlər:  Tovuzda ağır qəza Üç nəfər xəstəxanalıq oldu birinin vəziyyəti ağırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ