Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Mart 2021 10:16
ABŞ Prezidenti Co Baydenin Rusiya Prezidenti Vladimir Putin haqqında söylədiyi sözlərin Rusiya liderinə deyil, amerikalı seçicilərə ünvanlandığını düşünürəm.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu sözləri rusiyalı politoloq Fyodor Lukyanov deyib.
"O zaman Bayden kimə müraciət edirdi? Putinə müraciət edirdi? Düşünürəm ki, yox. Çünki seçicilərindən başqa onu heç kəs narahat etmir", - deyə Lukyanov "Rossiya 1" telekanalının efirində bildirib.
Ekspertin fikrincə, Ağ Ev rəhbəri nədən danışdığını çox yaxşı başa düşürdü.
Qeyd edək ki, Bayden Putini qatil adlandırmışdı.