Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mbappe Messi və Ronaldunu da geridə qoydu

Mbappe Messi və Ronaldunu da geridə qoydu

Tarix: 22 Mart 2021 11:08

Liqa 1-in 30-cu turunda "Lion"la matç (4:2) PSJ-nin futbolçusu Kilian Mbappe üçün əlamətdar olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 22 yaşlı hücumçu görüşdə dubl etməklə yerli çempionatda vurduğu qolların sayını 100-ə çatdırıb. Həmçinin fransalı oyunçu bunu Lionel Messi, Robert Levandovski, Kriştianu Ronaldu və Zlatan İbrahimoviçdən daha gənc yaşında bacarıb (22 yaş 91 gün). Belə ki, Messi 23 yaş 149 günündə, Levandovski 24 yaş 200 günündə, Ronaldu 25 yaş 22 günündə, İbrahimoviç isə 26 yaş 102 günündə çıxış etdiyi yerli liqada 100-cü qolunu vurub.

Qeyd edək ki, Mbappe bu mövsüm Liqa 1-də 24 matça çıxaraq, 18 qol vurub və 6 qolun ötürməsini verib.

Milli.Az


Etiketlər:  Mbappe Messi Ronaldunu da geridə qoydu


RƏYLƏR