Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Millimiz Turinə Nuriyevsiz yollandı

Millimiz Turinə Nuriyevsiz yollandı

Tarix: 22 Mart 2021 15:00

Milli komandamız DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya ilə keçiriləcək oyun üçün İtaliyaya yola düşüb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu gün saat 10:00-də Turinə çaryer reysilə yollanan yığmamız ötən gün koronavirus testindən keçib və heç kimdə infeksiya aşkarlanmayıb.

Milliyə dəvət olunan futbolçulardan yalnız Ukraynanın "Minay" klubunun kapitanı Anatoli Nuriyev Turinə yollanmayıb. "Minay"ın çempionatda martın 20-də oyunu olduğundan millimizin debütantı özü birbaşa Turinə gedəcək.

Xatırladaq ki, martın 24-də "Yuventus"un stadionunda keçiriləcək Portuqaliya - Azərbaycan matçı Bakı vaxtilə saat 23:45-də başlayacaq.

Milli.Az


Etiketlər:  Millimiz Turinə Nuriyevsiz yollandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ