Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu qidaları gecə yeyin - Bütün orqanizmi yeniləyir

Bu qidaları gecə yeyin - Bütün orqanizmi yeniləyir

Tarix: 22 Mart 2021 21:24

Bəzi qidaları gecə yediyimiz zaman faydası 2 qat artır. Mütəxəssislərin məsləhət gördüyü bu qidalar sayəsində orqanizm toksinlərdən təmizlənərək, çəki verməyimizə də təsir edir.

Milli.Az xəbər verir ki, qidalar tərkibindəki vitaminlər və minerallar sayəsində faydalıdır. Bu qidaları gecə yeyərək həm faydalarından daha yaxşı şəkildə yararlanacaq, həm də dümdüz bir qarına sahib olacaqsınız. Dietoloqlar müəyyən saatdan sonra yemək yeməməyi deyirlər. Amma sadalayacağımız qidaları gecə yedikdə dümdüz bir qarına sahib ola, arıqlaya bilərsiniz.

Pomidor

Pomidoru bir çox insan sevir. Bir miqdar proteinlə pomidoru birləşdirsəniz sağlam bir axşam yeməyi üçün əla seçim ola bilər. Tərkibi antioksidanlar ilə zəngindir.

Zeytun yağı

Zeytun yağında olan oleik asid kimi yağ asidləri bədəninizdə xüsusən qarın bölgənizdə olan yağların parçalanmasına kömək edər. Gecə yatmazdan əvvəl bir qaşıq zeytun yağı içməyiniz məsləhətdir.

Ənginar

Qaraciyər sağlamlığına faydalı olan ənginar axşam yeməyi üçün də əla bir seçimdir.

Qulançar

Qulançarı istədiyiniz qədər yeyə bilərsiniz. Bu sizin üçün çox faydalıdır. Qulançar vitaminlərlə (A, B, C, E), eyni zamanda sink və potasiyum kimi minerallarla zəngindir.

Qarpız

Qarpız içi lif və su ilə dolu ən önəmli qidalardan biridir. Yatmazdan əvvəl qarpız yemək dümdüz bir qarına sahib olmaqla yanaşı, bu qida bədəninizdə artıq miqdarda olan mayenin getməsi üçün lazımi bir mineraldır. /medicina.az

Milli.Az


Etiketlər:  Bu qidaları gecə yeyin Bütün orqanizmi yeniləyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ