Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu insanların xərçəng olma riski azdır - Həkim açıqladı

Bu insanların xərçəng olma riski azdır - Həkim açıqladı

Tarix: 22 Mart 2021 21:42

Xərçəngin inkişafında insanın tək fiziki sağlamlığı deyil, emosional sağlamlığı da böyük rol oynayır. Bu haqda həkim-onkoloq, cərrah, tibb elmləri namizədi İvan Karasyov məlumat verib.

Sonxeber.net saglamolun.az-a istinadən bildirir ki, həkimin sözlərinə görə, həyata optimizmlə baxan, pozitiv, ünsiyyətcil insanlarda onkoloji xəstəliklərin inkişafı riski daha azdır. Əksinə isə pessimist, aqressiv, həyatdan narazı, neqativ emosiyalara köklənmiş insanlar daha tez-tez və daha ağır xəstələnir və onlarda xərçəngin riski də daha yüksəkdir.

Həkim qeyd edib ki, xərçəng hüceyrələrinin orqanizmdə əmələ gəlməsinin dəqiq səbəbi hələ ki məlum deyil. Lakin xroniki xəstəliklər, xroniki stress, genetik faktorlar və düzgün olmayan qidalanma xərçəngin inkişafı üçün əlverişli mühit yaradır. /medicina.az


Etiketlər:  insanların xərçəng olma riski azdır Həkim açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ