Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu əlamətlər xərçəngin göstəricisidir - Qadınlar diqqət!

Bu əlamətlər xərçəngin göstəricisidir - Qadınlar diqqət!

Tarix: 22 Mart 2021 23:27

Türkiyəli həkim Ahmet Bekir Öztürk qadınların gözdən qaçırmamalı və diqqətdə saxlanılmalı olan əlamətləri açıqlayıb.

Sonxeber.net həmin məlumatları təqdim edir:

Məmədə dəyişikliklər

Məmə müayinəsi hər qadının aylıq yoxlanılmalı olan sağlamlıq kontroludur. Xüsusən məmə bölgəsində qızartı, dərinin qalınlaşması kimi südvəzi xərçənginin çox nadir görünən xüsusiyyətlərindən başqa, əmələ gələn və bir həftədən çox davam edən şiş mütləq diqqətə alınmalıdır. Bu kimi hallarda həkimə gedilməlidir. Eyni zamanda, görüntüdə dəyişiklik və axıntı da xəstəlik xəbərçisi ola bilər.

Menstruasiya vaxtından başqa qanaxma

Menopoz dönəmindən kənar vaxtlarda qadınlar arasında menstruasiya düzənsizliklərini görməzdən gəlmə təəssüf ki geniş yayılıb. Bununla birlikdə, bu dövrdə qanaxma kolorektal xərçəng əlaməti olan mədə-bağırsaq qanaması da ola bilər. Xüsusən bu cür qanaxmalar xərçəngin və genekoliji problemlərin göstəricisidir.

Dəri dəyişiklikləri

Dəridə görünən ani dəyişikliklər adətən nəzərə çarpmaya bilər. Amma bu kimi halları nəzarətdə saxlamaq lazımdır.

Udma çətinliyi və halsızlıq

Uzun müddətdir davam edən həzmsizlik, mədə və qida borusu xərçənginin əlaməti ola bilər. Bu səbəblə mütləq həkimə müraciət etməlisiniz.

İdrar və ya qan

Əgər idrar və ya axıntıda qan görsəniz babasil deyib keçməyin. Bunu həkiminizlə bölüşün.

Ağızda dəyişikliklər

Xüsusilə siqaretdən istifadə edirsinizsə, ağzınızdakı dəyişiklikləri izləyin. Ağıziçi və ya dil üzərində yaranan ağ ləkələr ağız xərçənginin əlaməti ola bilər.

Temperatur

Səbəbi bilinməyən temperatur qrip, infeksiya və ya xərçəngin əlaməti ola bilər. Xüsusilə qan xərçənginin ən önəmli və erkən işarətlərindən biri də temperaturdur.

Qalıcı öskürək

Qrip, allergiya və bəzi dərmanların yan təsiri öskürəyə səbəb ola bilər. Amma 3 ya da 4 həftə kimi uzun müddət davam edən öskürək zamanı mütləq həkimə getmək laızmdır.

Yorğunluq

Yorğunluq xərçəngin də əlaməti ola bilər. Amerika Xərçəng Mərkəzinə görə, yorğunluq leykoz, bağırsaq və ya mədə xərçənginin erkən əlaməti ola bilər.

Bundan başqa, qoltuqaltı və boyun bölgəsində yaranan şişləri də nəzərə alın və mütləq həkiminizlə bölüşün. /medicina.az


Etiketlər:  əlamətlər xərçəngin göstəricisidir Qadınlar diqqət


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ