Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ hökuməti UNO-larla bağlı hesabat yayacaq

ABŞ hökuməti UNO-larla bağlı hesabat yayacaq

Tarix: 23 Mart 2021 08:32

ABŞ hökuməti uçan naməlum obyektlərlə (UNO) bağlı indiyəcən məxfi saxlanılan çoxsaylı görüntülərin əks olunacağı hesabat yayımlamağı planlaşdırır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə milli kəşfiyyat idarəsinin keçmiş direktoru Con Retkliff "Fox News" telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, "faktlar indiyəcən bilinənlərdən daha çoxdur": "Onlardan bəziləri məxfilikdən çıxarılıb. Bu faktlardan danışarkən biz Hərbi-Dəniz Qüvvələri və ya Hərbi-Hava Qüvvələrinin pilotları tərəfindən görülən və ya peyklər vasitəsilə təsvirləri əldə olunan obyektləri nəzərdə tuturuq".

Retkliff bildirir ki, UNO-lar səs baryerini aşmadan səsdən yüksək sürətlə uçur və həmçinin bəşəriyyətə məlum olan texnologiyalar üçün də əlçatmaz manevrlər edirmiş.

Bir neçə ay əvvəl Pentaqon "naməlum səma cisimləri"nin əks olunduğu üç videogörüntünü yayımlayıb. Hərbi-Dəniz Donanmasının təyyarələrindəki infraqırmızı müşahidə sistemləri vasitəsi ilə əldə edilən videogörüntülərdə hərdən küləyə qarşı inanılmaz sürətlə hərəkət edən qara rəngli cisimlər görünür.

Retkliff UNO-ların "bütün dünyada" müşahidə olunduğunu qeyd edir: "Müşahidələr dedikdə, bu, yalnız bir pilot və ya bir peyk, ya da hər hansı bir kəşfiyyat məlumatı deyil. Ümumiyyətlə, bu şeyləri aşkar edə bilən bir neçə qurğumuz var və onların bəziləri, sadəcə, izaholunmaz haldır".

O, həmçinin əlavə edib ki, kəşfiyyat xidməti əməkdaşları bütün naməlum uçan obyektlərlə bağlı "ağlabatan bir izahat" tapmağa çalışırlar: "Bəzən bizdə sual yaranır ki, görəsən, rəqiblərimizin bizdən daha inkişaf etmiş bir texnologiyaları varmı. Ancaq bəzən elə olur ki, gördüyümüz şeylərə dair heç bir izahatımız olmur".

Qeyd edək ki, Pentaqonun sözügedən hesabatı iyunun 1-dək yayımlaması gözlənilir.

Milli.Az


Etiketlər:  ABŞ hökuməti UNO larla bağlı hesabat yayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ