Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Mart 2021 12:15
"Bu dəqiqə hamı satır, onsuz da alan yoxdur. Şükür Allah ki, heç nə satmadım. Mənə o qədər də çox pul lazım olmadı".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Elçin Cəfərov "MTV" kanalına açıqlamasında deyib. Bir çox məşhurlar pandemiyadan gileylənsə də, ifaçı əksinə qənaət etdiyini və xeyli faydalandığını söyləyib:
"Əvvəl tədbirlərə, toylara gedirdim deyə, geyimlərimə xərcləyirdim. Hazırda o tədbirlər olmadığına görə daha çox idman tərzli və rahat paltarlar geyinirəm. Bir iki dəst oldu, kifayətdir. Bu həm rahtlıqdır, həm də pulun cibində qalır.
Pandemiyanın mənfi cəhətləri olsa da, müsbət tərəfləri daha çox idi. İsrafçılıqdan çəkindik. Evdə daha çox vaxt keçirdik. Ailəmzin yanında olduq. Bu dövrlərdə o qədər çox insan itirdik ki, artıq insanlar bir-birinə yaxın olmaq istəyirdi. Yoldaşınla, dostunla, qardaşınla, hətta sənət dostları ilə də insan istəyirdi ki, yaxın olsun. Sabahı bilmək olmur".
Elçin şou-bines nümayəndələrini tənqid edərək, onları səmimiyyətsiz adlandırıb:
"Dost olmaq üçün gərək birinci özün dost olasan. Yəni, qarşındakı insandan gözləmə ki, o, sənə yaxşı dost olacaq. Biz şou nümayəndələri ilə çox görüşümürük. Xətrini istədiyim sənət yoldaşlarım var. Danışırıq da, görüşürük də. Amma sırf uşaqlıq dostu deyə biri yoxdu".
Sənətçi türkiyəli müğənni Kenan Doğuluya bənzədilməsindən də danışıb:
"Üz cizgilərimizdə oxşarlıq var, razıyam. Amma məni hər adama oxşatmasınlar. Müğənnilərimizi həmişə kiməsə bənzədirlər. Bizim öz üz cizgilərimiz var. Özümümzü heç kəsə oxşatmırıq axı".