Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ölkəyə 5 milyonluq hibrid avtomobillər gətirilib

Ölkəyə 5 milyonluq hibrid avtomobillər gətirilib

Tarix: 23 Mart 2021 17:16

2021-ci ilin yanvar-fevral aylarında Azərbaycana 5,251 mln. ABŞ dolları dəyərində 1 042 yeni hibrid avtomobili idxal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 21,4%, miqdar ifadəsində 18,2% azdır.

Milli.Az APA-ya istinadən bildirir ki, hibrid avtomobillərin ümumi avtomobillərin idxalındakı çəkisi 11% təşkil edib. Bu, illik müqayisədə dəyişməz olaraq qalıb.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2020-ci ildə Azərbaycana 28,032 mln. ABŞ dolları dəyərində 5 080 yeni hibrid avtomobili idxal edilib. Bu, illik müqayisədə 2,7 dəfə çoxdur. Ötən il ən çox hibrid avtomobil Yaponiyadan gətirilib. Belə ki, 2020-ci ildə Azərbaycan Yaponiyadan 21,315 mln. dollarlıq yeni 4 752 hibrid avtomobil idxal edib ki, bu da illik müqayisədə 39,8% çoxdur.

Milli.Az


Etiketlər:  Ölkəyə 5 milyonluq hibrid avtomobillər gətirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ