Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Mart 2021 12:08
Ötən həftə ərzində (15-19 mart) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 66,75 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 2,16 dollar və ya 3,1% azdır.
Sonxeber.net APA-ya istinadən bildirir ki, həftə ərzində ən yüksək göstərici (I gün) - 68,82 dollar təşkil edib, ən minimal göstərici (V gün) isə 64 dollar səviyyəsində olub.
Həftə ərzində Azərbaycan neftinin qiyməti 4,82 dollar və ya 7% azalıb.