Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyul 2019 12:48
Bakı. Trend:
İyulun 26-da XV Avropa Gənclər Olimpiya Festivalının cüdo yarışlarının üçüncü günündə Azərbaycan idmançısı Hüseyn Məmmədov (+90 kq) yarımfinala vəsiqə qazanıb.
Trend-in məlumatına görə, idmançımız səkkizdəbir finalda Almaniya təmsilçisi Daniel Udsilauriyə ipponla qalib gələrək dörddəbir finala yüksəlib. O, bu mərhələdə yunanıstanlı Aristotelis Aris Leonidisi vazari xalı ilə məğlub edərək yarımfinala adlayıb.
Digər təmsilçilərimizdən Məhərrəm İmamverdiyev (81 kq) onaltıdabir finalda rumıniyalı Vlad Topalaya (Rumıniya) ipponla qalib gəlsə də, növbəti mərhələdə ukraynalı Timur Valiyevə məğlub olub.
Ruslan Nəsirli (90 kq) ilk görüşdə bolqarıstanlı Borislav Vladova, Nərmin Əmirli (70 kq) isə hollandiyalı Yael Van Hemstə uduzublar.
Yarışların üçüncü günündə qızlar 70 və +70, oğlanlar 81, 90 və +90 kiloqram çəki dərəcələrində mübarizə aparırlar.
Festivalda 40 ölkədən 297 cüdoçu mübarizəyə qoşulub. Azərbaycan bu nüfuzlu turnirə 12 cüdoçu (8 oğlan, 4 qız) ilə qatılıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin