Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hücumçu məşqdə huşunu itirdi

Hücumçu məşqdə huşunu itirdi

Tarix: 24 Mart 2021 18:18

"Atletiko"nun hücumçusu Mussa Dembele komanda yoldaşlarını qorxudub.

Milli.Az apasport.az-a istinadən bildirir ki, 25 yaşlı forvard məşq zamanı anidən yerə yıxılaraq huşunu itirib.

Klubun həkiminin ilkin müdaxiləsindən sonra fransalı forvardı ayıltmaq mümkün olub. Lakin futbolçu hər ehtimala təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Madrid təmsilçisi rəsmi saytı vasitəsilə Dembelenin səhhətinin normallaşdığını və həyati təhlükəsinin qalmadığını açıqlayıb.

Milli.Az


Etiketlər:  Hücumçu məşqdə huşunu itirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ