Tarix: 26 Iyul 2019 13:12
Yeni mövsüm öncəsi “Real"ın heyətində zədəli futbolçular siyahısına daha biri əlavə olunub.
Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Brahim Diaz və Marko Asensionun ardından yeni transfer Ferland Mendi də sıradan çıxıb.
“Lion”dan cəlb edilən fransız oyunçunun baldır nahiyəsindən aldığı zədə səbəbindən 3-4 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. Mendi “Atletiko", “Tottenhem” və “Zalsburq”la keçiriləcək yoldaşlıq matçlarını buraxmalı olacaq.
24 yaşlı oyunçunun ən yaxşı halda avqustun 24-də La Liqanın 2-ci turunda “Valyadolid”lə matça hazır olacağı gözlənilir.
Qeyd edək ki, Madrid klubu Mendini 48 milyon avro qarşılığında transfer edib.