Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Mart 2021 20:10
Çex Respublikası Avropa İttifaqında koronavirusdan ölənlərin sayına görə siyahıda birinci yerdə qərarlaşıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, ölkədə COVID-19-un törətdiyi fəsadların səbəb olduğu ölüm hallarının sayı artıq 25 min nəfəri keçib. Dünyada isə Çexiya San-Marinodan sonra ikinci yerdədir.
Müqayisə üçün qeyd edək ki, Böyük Britaniyada hər 100 min nəfərə 185, ABŞ-da 167, Rusiyada isə 65 ölüm düşür.