Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Zirə"nin legioneri millidə 73 dəqiqə oynadı

Tarix: 25 Mart 2021 08:58

"Zirə"nin futbolçusu Klesio Baukun çıxış etdiyi Mozambik millisi Afrika Millətlər Kubokunun seçmə mərhələsində növbəti oyununa çıxıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, komanda 5-ci turunda səfərdə Ruanda ilə qarşılaşıb 0:1 hesabı ilə uduzub. Meydana start heyətdə daxil olan Bauk 73 dəqiqədə əvəzlənib.

Mozambik millisinin növbəti oyunu martın 30-da "Qarabağ"ın futbolçusu Patrik Andradenin çıxış etdiyi Kabo Verdeyə qarşı olacaq.

Qeyd edək ki, hazırda Mozambik millisi 4 xalla F qrupunda 3-cü yerdədir.

Milli.Az


Etiketlər:  Zirənin legioneri millidə 73 dəqiqə oynadı


RƏYLƏR