Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Mart 2021 10:00
"Azərbaycan Ermənistanın və tanınmamış "Qarabag respublikası" rəhbərliyinin qarşısında üç şərt irəli sürüb. Azərbaycan əsir ermənilərin sərbəst buraxılması imkanlarını nəzərdən keçirir. Bunların arasında Ermənistan silahlı qüvvələrinin bölmələrinin Qarabağ ərazisindən çıxarılması da var. Belə bir prosesin başlaması ilə bağlı danışıqlar 19 martda başladı, lakin sonra Qarabağ rəhbərliyi tərəfindən təkzib verildi".
Sonxeber.net "Yeni Sabah"a istinadən xəbər verir ki, bunu Avropa İnsan Hüquqları Məhkəməsindəki (AİHM) erməni məhbusların maraqlarının təmsilçisi Siranuş Saakyan deyib.
Sahakyanın sözlərinə görə, "Bakı bütün məhkumların geri qaytarılması üçün üç şərt irəli sürür: Ermənistan silahlı qüvvələrinin Qarabağ ərazisindən çıxarılması, əlavə ərazilərin, məsələn Tigranaşen kəndindən (Kyarki) erməni qüvvələrin cıxması və Şuşayə aparan Qırmızı Bazar yolundan azərbaycanlıların istifadə etmələri.
Sahakyan deyib ki, "Bu problemləri həll etmək üçün Bakı erməni məhbus amilindən istifadə edir". O, bu məlumatları bəzi "əvvəlcədən hazırlanmış sənəd layihələri" daxil olmaqla bir neçə mənbədən aldığını qeyd edir.
Kommersant bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə sorğu göndərib. Eyni zamanda, məhbus mübadiləsi məsələsində Bakının mövqeyi çoxdan bəllidir.
Azərbaycan Xarici İşlər Nazirliyi çərşənbə axşamı günü RİA Novosti-yə bir daha bildirib ki, Azərbaycan bütün hərbi əsirləri Ermənistan tərəfinə verib. Lakin döyüş əməliyyatları bitdikdən sonra saxlanılanlar hərbi əsir sayılmır və qanun qarşısında cavab verəcəklər.
"Beynəlxalq humanitar hüquqa uyğun olaraq, terror və təxribat fəaliyyəti həyata keçirmək üçün üçtərəfli bəyanat imzaladıqdan sonra (10 noyabr 2020-ci il gecəsi - Kommersant) Ermənistan tərəfindən Azərbaycan ərazisinə göndərilən şəxslər əsir sayılmır və hesab edilə bilməzlər. Saxlanılan şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən məsuliyyət daşıyırlar. Onlara beynəlxalq hüquqa və Azərbaycan qanunvericiliyinə uyğun olaraq yanaşılır".