Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Mart 2021 15:45
ABŞ-da alimlərin apardığı araşdırmalar nəticəsində, limonlu çayın xərçəng riskini minimuma endirdiyi və ömrü uzatdığı müşahidə edilib.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, tədqiqatçılar ilkin mərhələdə, qədim misirlilərin limonun zəhərlərə qarşı təsirli olduğu iddalarına əsaslanaraq, onu sınaqdan keçirməyə başlayıblar.
Araşdırmalardan sonra, limonun güclü antibakterial, antiviral və immun sistemini stimullaşdırıcı xüsusiyyətlərə malik olduğu qənaətinə gəlinib.Limonun faydalarına qaraciyərin təmizlənməsi daxildir. Bundan əlavə, kalsium, maqnezium, C vitamini ilə maddələr mübadiləsini gücləndirir, infeksiyalara qarşı mübarizə aparır və ömrü uzadır.
Limonlu çay isə orqanizmin bu meyvədən antioksidanların 80%-ni almağa kömək edir.