Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyul 2019 15:16
Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Qarabağ" - "Dundalk" matçına bilet satışı davam edir.
"Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Qol.az-a açıqlamasında artıq biletlərin yarısının satıldığını bildirib. Oyun gününə qədər bütün biletlərin satılacağı gözlənilir.
Görüşün keçiriləcəyi "Dalğa Arena" 5700 nəfər azarkeş tutumuna malikdir.
Xatırladaq ki, iyulun 31-də keçiriləcək qarşılaşma saat 21:00-da başlayacaq. Komandalar arasında İrlandiyada keçirilən görüşdə 1:1 hesablı bərabərlik qeydə alınıb.
Biletlərin satış məntəqələri:
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları
Gənclik və 28 Mall (iticket satış məntəqəsi)
Park Bulbar AVM (iticket satış məntəqəsi)
ASAN 2, 3 (Yasamal, Amay t/m)
İticket.az (onlayn)