Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

F-35 özü özünü vurub, dəymiş zərərin məbləği - $2,5 milyon

F-35 özü özünü vurub, dəymiş zərərin məbləği - $2,5 milyon

Tarix: 26 Mart 2021 12:08

ABŞ-ın ən yeni, bahalı və faydasız qırıcı təyyarəsi olan F-35 Lightning II özünün ağlasığmaz "səfehlikləri" ilə müşahidəçiləri heyrətə gətirir və qeyri-kamil hərbi texnika satışı sahəsində Amerika texnologiyalarının müstəsna üstünlüyünü vurğulayır. Belə ki, "gözəgörünməz" təyyarə hətta özünü də vurur.

Sonxeber.net Sputnik Azərbaycan-a istinadən bildirir ki, ABŞ dəniz piyadaları korpusuna (DPK) aid olan F-35B qırıcı-bombardmançısı Arizona ştatındakı "Yuma Reync" poliqonunda özündən açılan atəşlə vurulub. Təyyarə topundan atılmış qəlpəli-fuqas mərmisi atəşdən dərhal sonra partlayaraq təyyarənin gövdəsinə ciddi xətər yetirib. Pilot xəsarət almayıb və çətinliklə təyyarəni aviabazaya qaytara bilib. İlkin hesablamalara görə, hadisədən dəyən zərərin həcmi $2,5 milyon həcmində qiymətləndirilir. Bu, çox qəribə və heyrətamiz hadisədir.

Dəniz piyadaları üçün F-35B təyyarəsinə 25 mm-lik GAU-22/A Gatling (GPU-9/A) təyyarə topu təyyarənin altına quraşdırılır. "Yuma Reync" poliqonu üzərində uçuş zamanı PGU-32/B SAPHEI-T tipli yarım zirehdeşici qəlpəli-fuqas yandırıcı-izburaxan sursatlardan istifadə olunub. Adətən bu mərmilərin partladıcısı hədəfə dəydikdən sonra ani gecikmə ilə işə düşür. Dəniz piyadaları korpusunun rəsmi nümayəndəsi kapitan Endrü Vud bildirib ki, hazırda araşdırma aparılır. Versiyalardan biri təsadüfən təyyarəyə gəlib çıxmış keyfiyytəsiz mərmidir. Hər halda mart ayında baş vermiş bu hadisə F-35-də olan kompleks problemlərdən və onun texnoloji cəhətdən qeyri-kamilliyindən xəbər verir.

Lockheed Martin şirkəti tərəfindən işlənib hazırlanmış, "beşinci nəsil" gözəgörünməz çoxfunksiyalı F-35 Lightning II qırıcı-bombardmançısı ehtimal olunan (yüksək texnologiyalara malik) düşmənin radarlarında aydın görünür, daha sürətli və manevr etmə qabiliyyətinə malik 4+ tipli qırıcılarla hava döyüşündə məğlubiyyətə məhkumdur. Təyyarə hələ bir dəfə də döyüş şaraitində yerüstü hədəflərin vurulmasında yüksək səmərəliliyini sübuta yetirməyib.

F-35-in quruluşundakı fundamental çatışmazlıqlar o qədər aşkar və onların aradan qaldırılması o qədər mümkünsüzdür ki, 2000-ci ilin oktyabr ayında təyyarənin ilk uçuşundan keçən iyirmi il ərzində Pentaqon hələ də F-35А (HHQ üçün), F-35В (DPK üçün) və F-35С (HDQ üçün) modifikasiyalarının kütləvi istehsalına sifariş verməyib. Təsadüfi deyil ki, ABŞ-ın Avropadakı müttəfiqləri hər bəhanə ilə bu bahalı və faydasız qırıcıları almaqdan boyun qaçırırlar. Məsələn, Böyük Britaniya "iqtisadi böhran" üzündən mart ayında F-35В təyyarələrinin sifarişini 65% azaldıb.

"Baş gicəllənmədən" doğan fəlakət

Avropa ölkələrindən fərqli olaraq Yaponiya Naqoyedəki Mitsubishi Heavy Industrie zavodunda F-35A təyyarələrinin yığılmasını davam etdirir. Bu, hazır təyyarələrin ABŞ-dan alınması ilə müqayisədə az miqdarda qənaət etməyə imkan verir. Belə ki, əgər "yapon" F-35-in qiyməti $86,3 milyondursa, bu modeldən olan təmiz amerikalı təyyarənin qiyməti $86,76 milyondur. Zavoda $13 milyard dollar dəyərində 147 bu cür təyyarənin yığılması sifariş olunub. Həm də ABŞ Yaponiyaya F-35-in bəzi həssas texnologiyalarını təqdim etməyib. Yaponiya hava özünümüdafiə qüvvələri isə Amerika "gözəgörünməz"inin simasını qorumaq üçün bəzən günahı öz pilotlarının üzərinə atmalı olurlar.

Belə ki, Misava aviabazası yaxınlığında keçirilən təlim uçuşu zamanı dörd ədəd F-35A təyyarəsindən biri 1000 km-saat sürətlə Sakit okeana çırpılmışdı. Nədənsə təcrübəli pilot, mayor Akinori Xosomi katapultdan istifadə edərək təyyarədən atıla bilməmiş və hətta qəza siqnalını da işə salmamışdı. Təyyarə sadəcə olaraq itmişdi. Yalnız bir müddət sonra qəza yeri müəyyən olunmuş, təyyarənin və pilotun qalıqları aşkar olunmuşdu. F-35A Lightning II o dərəcədə dağılmışdı ki, qəzanın səbəbləri haqqında rəy vermək çox çətin idi. Yaponiya HHQ-nin izahı isə ümumiyyətlə təzadlı idi: fəlakətin səbəbi kimi təyyarəçinin başının gicəllənməsi göstərilirdi. Bu, dünyanın istənilən ordusu üçün ağlasığmaz izahatdır - başı gicəllənən qırıcı-təyyarəçi. Digər tərəfdən, bir çox ölkələrdə F-35-in göyərtəsindəki super-kompüterlə problemlər aşkar olunur.

Belə ki, 2020-ci ilin may ayında ABŞ-ın 58-ci qırıcı eskadrilyasının tərkibindəki F-35A qırıcı-bombardmançısı Florida ştatındakı Eqlin bazası yaxınlığında təlim uçuşu zamanı qəzaya uğrayıb. Pilot təyyarənin idarə olunmadığını bildirib. Çox şıltaq maşındır, deyilmi? Belə bir fikir də var ki, F-35-in kabinəsi və cihazları təyyarəçilər üçün "həddən artıq yüksək səviyədə" texnolojidir. Elə tamlandırılmış reallığı əks etdirən uçuş şlemini demək kifayətdir ($400 mindən baha).

Lockheed Martin şirkətinin təzyiqlərinə rəğmən Pentaqon 2021-ci ilin yanvarında təyyarənin texniki çatışmazlıqları üzündən F-35 gözəgörünməzlərinin kütləvi istehsalını yenidən qeyri-müəyyən müddətə təxirə saldı. ABŞ HHQ-nin bu məsələdə 2017-ci ildən bəri qəti inadkarlığı başa düşüləndir. Təyyarənin hətta sülh dövründə də istismarı təhlükəlidir. Gözəgörünməzin virtual üstünlükləri sərt reallıqlar qarşısında sabun köpüyünə çevrilir: yüksək sürətlə uçarkən F-35 dağılmağa başlayır və o artıq bütün əlamətlərinə görə səsdən sürətli deyil, səsdən az, lakin qısa müddətə səsdən artıq sürət yığa bilən təyyarədir.

Sistemin çökməsi

Hətta təyyarənin qiymətinin 80 milyona qədər aşağı salınmasına rəğmən, HHQ adı çəkilən təyyarəni "etibarlılığı şübhə doğurduğuna, texniki xidmət və istismar xərclərinin çoxluğuna" görə tənqid edirlər. Təyyarənin döyüşə hazır olduğunun bəyan edilməsinə və hələ 2014-cü ildə ordunun istifadəsinə verilməsinə baxmayaraq, o hələ də "yüksək intensivlikli döyüşlərə hazır deyil" və "çətin ki, 2025-ci ilə qədər də hazır olsun". Həmin vaxta qədər ehtimal ki, Rusiya və Çin altıncı nəsil təyyarələrin istehsalına başlayacaqlar. Xatırladaq ki, F-35 (perspektiv nüvə silahı daşıyan) məhz Rusiya və Çinin hərbi imkanları və geniş ərazisi hədəfə alınaraq hazırlanmışdı. Ötən ilin payızında isə bu təyyarə ABŞ-da NATO-nun Rusiyaya qarşı əsas silahı adlandırılmışdı.

Pentaqonun məlumatlarına görə, F-35-lərin təqribən 2\3-si F135 tipli mühərrik ucbatından uçuşları yerinə yetirməyə qadir deyil. Daha dəqiq desək, "şimşək"lərin yalnız 36%-i tapşırıqların yerinə yetirilməsinə hazırdır .

Amerikalıların ilkin olaraq fizika qanunlarına baxmayaraq bir təyyarədə üç maşını birləşdirmək cəhdi, F-35 Lightning II təyyarəsini sülh dövründə hələ "sərgüzəştlərin" davamına, yüksək texnoloji hazırlıqlı düşmənə qarşı hərbi münaqişədə isə məhvə məhkum edir. "Gözəgörünməz"lərin müttəfiqlərə israrla satılması isə heç olmazsa, maliyyə itkilərindən yaxa qurtarmağa ümid verir. Ardı var.


Etiketlər:  özü özünü vurub dəymiş zərərin məbləği milyon


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ