Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə ''Sputnik V'' vaksininin tədarükü üzrə danışıqlara başlayıb

Türkiyə ''Sputnik V'' vaksininin tədarükü üzrə danışıqlara başlayıb

Tarix: 26 Mart 2021 14:04

"May ayının sonunadək ümumilikdə 100 milyon doza vaksinin Türkiyəyə çatacağını və 50 milyon insanın peyvənd olunması gözləyirik".

Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca Koronavirus Elmi Şurasının iclasından sonra açıqlamasında deyib.

O bildirib ki, razılaşma bu şəkildə olub: "Türkiyədə indiyədək COVID-19 əleyhinə 14 milyon dozadan çox peyvənd tətbiq olunub. Xaricdən gətirərək istifadə edəcəyimiz 18 milyondan çox doza peyvəndi istifadə edirik".

F. Qoca qeyd edib ki, "Sputnik V" vaksininin tədarükü üçün ilkin danışıqlara başlanılıb: "Bu vaksin test müddətindən keçdikdən sonra geniş istifadəsinə icazə veriləcək".

Nazir qeyd edib ki, maska və sosial məsafə COVID-19 virusunu yer üzündən silə bilməz: "Bu iki tədbir bizi xəstəlikdən və ölümdən qoruyur. Buna görə tədbirlərə riayət etməliyik. Hamımız bilirik ki, virus üzərində qələbəni peyvənd adlı silahla qazanacağıq".


Etiketlər:  Türkiyə Sputnik vaksininin tədarükü üzrə danışıqlara başlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ