Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Mart 2021 21:14
Ümid edirəm ki, bu yaxınlarda açdığımız biznes test müayinəsi imkanlarından yararlanaraq təhlükəsiz şəkildə fəaliyyət göstərə biləcəyik. Məhdudiyyətlərə gəlincə, bəzi şəhərlərdə Britaniya ştammı üstünlük təşkil edir, digər şəhərlərdə isə vəziyyət nisbətən daha yaxşıdır. Buna görə də görünür, hərəkət məhdudiyyətinə dair danışıqlar aparılmalı olacağıq.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Litvanın iqtisadiyyat və innovasiya naziri Auşrine Armonayte söyləyib.
"Məlum epidemik vəziyyətin hamını yorduğunu, yaxınlarını görə bilmək imkanının olmamasının bütün sakinlərin psixikasına təsir etdiyini anlayıram, biz bunu dəyərləndirəcəyik. Buna baxmayaraq, sərt hərəkət məhdudiyyətlərinin yenidən tətbiqi qaçılmaz olacaq," - deyə A. Armonayte sözlərinə əlavə edib.