Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Mart 2021 07:03
Ziyil-dəridə epidermis qatlarının artması nəticəsində düyünəbənzər törəmələrin əmələ gəlməsidir. Ziyillərin inkişafı çox vaxt virusla əlaqədar olur, kontakt və ümumi məişət əşyalarından istifadə vasitəsilə yayılır.
Ziyillərin bir neçə növü var:
Sadə ziyillər-kiçik ölçülü, səthi buynuzlaşmış düyüncüklər olub, əsasən əllərdə və ayaqaltında yerləşir. Bəzən bir-biri ilə birləşərək böyük səthi əhatə edir və ağrıya səbəb olur.
Yastı ziyillər-xırda , yastı, dəri rəngindən seçilməyən papulalardır. Əsasən üz və əl dərisində olur.
Ayaqaltı ziyillər-məməcik şəkilli və kələ-kötür səthə malikdir, çox vaxt ayaq barmaqlarında və dabanda yerləşir.
Qocalıq ziyilləri-yaşlı adamlarda sinənin, qarının, belin dərisində iri ölçülü, qəhvəyiyə çalan rəngli törəmələr olur.
Müalicəsində aşağıdakı vasitələrdən istifadə olunur.
-Bir diş sarımsaq əzilir, üzərinə bir çay qaşığı essensiya tökülür və xəmir qatılığını alana qədər un əlavə olunur. Alınan xəmirdən kiçik hissə götürülür və ziyilin üzərinə qoyulur, tənziflə bağlanır və 2-3gün müddətində saxlanılır.
-Bir baş soğanın şirəsi sıxılır və gündə 3 dəfə ziyilin üzərinə çəkilir.
-Bir vedrə şabalıd yarpağının üzərinə qaynar su tökülür, 12 saat dəmlənir və süzülür. Alınan dəmləmə ilə 10-15 dəqiqə vanna qəbul edilir. Prosedur 2 həftə müddətində günaşırı tətbiq edilir.