Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Mart 2021 07:42
Körpəşik allergik mənşəli xəstəlik olub, məxmərəyin müxtəlif variantlarında, bəzi infeksion və parazitar xəstəliklərdə rast gəlir.
Xəsətəliyin əmələ gəlməsində allergen kimi ərzaq məhsulları yumurta, bal, dərman maddələri, məişətdə işlənilən kimyəvi məhsullar, heterogen zərdablar, mikrob allergenləri rol oynayır. Çoxlu köpəşik olduqda, onlar bir-biri ilə birləşərək xəstənin vəziyyətini pozur. Xəstədə qusma, qızdırma, qaşınma və göynəmə əlamətləri olur. Profirin mübadiləsi pozulmuş və ultrabənövşəyi şüaya qarşı həssas adamlarda, yay aylarında günəş kopəşiyi olur. Bu dəri xəstəliyi isti və günəşli havalarda xəstələrin açıq yerlərində olur.
Təmas köpəşiyi müəyyən allergenin toxunduğu yerdə yaranır. Müxtəlif parçalar, kosmetik rənglər, dərmanlar, yuyucu tozlar təmas köpəşiyinə səbəb olur.
Dərinin müxtəif qıcıqlanmaları zamanı da köpəşik səpgiləri baş verə bilir.
DİAQNOZU: Xəstəliyə diaqnoz qoymaq çətinlik törətmir.
MÜALİCƏSİ: Müalicə xəstələyi əmələ gətirən səbəbi aradan qaldırmaqla yanaşı allerqoloqun müalicəsi ilə birgə aparılır.