Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanı ağır defolt gözləyir - Avetisyan

Ermənistanı ağır defolt gözləyir - Avetisyan

Tarix: 27 Mart 2021 16:56

Hesab edirəm ki, Ermənistan 1998-ci ildə Rusiyada elan olunan defolt təhlükəsi ilə üzləşmək üzrədir.

Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu erməni iqtisadçı Tadevos Avetisyan deyib.

Onun sözlərinə görə, Ermənistanın dövlət borcunun həcmi 2,5-3 il ərzində 27%, ÜDM isə xarici borcdan qat-qat yavaş artıb.

"2020-ci ildə başlayan iqtisadi tənəzzül 2021-ci ildə də davam edir. Borc nəyin hesabına silinəcək? Dövlət büdcəsinin gəlirləri hesabına. Əgər gəlirlər aşağı düşürsə, iqtisadi tənəzzül müşahidə olunursa, dövlət borcunu artırmaq üçün real ehtiyac da artır, onu qaytarmaq imkanları isə azalır", - ekspert qeyd edib.

Avetisyan bildirib ki, bütün bu amillər Ermənistanın sabit addımlarla defolta doğru getdiyini təsdiqləyir.


Etiketlər:  Ermənistanı ağır defolt gözləyir Avetisyan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ