Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Mart 2021 19:44
Dünyanın ən populyar geyim markalarından biri olan Gucci ən ucuz məhsullarından birini paylaşıb.
Şirkət Virtual 25 adlı ayaqqabını cəmi 12 dollara satır. Gucci modelinin bu qədər ucuz olmasının səbəbi ayaqqabıların fiziki olaraq mövcud olmamasıdır.
Sonxeber.net techland.az-a istinadən bildirir ki, virtual reallıq şirkəti Wanna ilə işləyən Gucci bir sıra modellər istehsal edib.
12 dollara virtual ayaqqabı əldə edə bilərsiniz ancaq heç vaxt geyə bilmərsiniz. Gucci satın almadan əvvəl ayaqqabıları sınamaq imkanı da təqdim edir.