Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyada Azərbaycan dilinin öyrənilməsinə maraq artıb

Rusiyada Azərbaycan dilinin öyrənilməsinə maraq artıb

Tarix: 29 Mart 2021 18:10

Rusiyada Azərbaycan dilinin öyrənilməsinə maraq artıb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə profi.ru xidmətindən bildirilib.

Xidmətin istifadəçiləri ispan, italyan, fransız, serb və rumın dillərinin öyrənilməsi ilə bağlı repetitorlara daha az müraciət etməyə başlayıblar. Azərbaycan dilinə maraq isə əksinə, 2,5 dəfə artıb.

Profi.ru xidmətinin istifadəçilərinin 26 faizi Türkiyə türkcəsini öyrənmək istəyənlər olub.

Ekspertlər Rusiyada Azərbaycan dilinin öyrənilməsinə marağın artmasının ölkədə böyük Azərbaycan diasporunun olması ilə əlaqələndirirlər. Türkiyə türkcəsinin öyrənilməsinə maraq isə bu ölkəyə səyahət etmək istəyənlərin çoxluğu ilə bağlıdır. Koronavirus pandemiyası ilə əlaqədar Türkiyə rusiyalı turistlərin səyahət edə biləcəyi çox azsaylı ölkələrdən biridir.


Etiketlər:  Rusiyada Azərbaycan dilinin öyrənilməsinə maraq artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ