Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusdan sonra iybilmə duyğusu qayıtmazsa, BUNU EDİN

Koronavirusdan sonra iybilmə duyğusu qayıtmazsa, BUNU EDİN

Tarix: 29 Mart 2021 21:06

Yeni tip koronavirusla bağlı itirilən iybilmə qabiliyyətinin qoxu təlimiylə yenidən qazanıla biləcəyi açıqlanıb.

Sonxeber.net xəbər verir ki, "Oxford Academic"də dərc edilən elmi-araşdırma məqaləsində COVID-19-a tutulanların 77 faizinin iybilməni itirdikləri ilə bağlı yazılır:

"Virusa yoluxub iybilmə qabiliyyətini itirən adamlar əvvəldən onlara normal gələn qoxuları hiss etmədikləri üçün "parosmi" narahatlığı keçirirlər. Amma qoxu təlimi iybilmə duyğusunun bir qismi və ya hamısını sinus infeksiyaları kimi digər viral xəstəliklər üzündən itirənlərə yardım ola bilər. Fiziki müalicəyə bənzəyən və təkrarlanmalı olan bu qoxu təlimi iybilmə sistemini xəbərdar etmək və əvvəlki halına qayıtmasında kömək olmaq üçün aylarla gündə iki dəfə kəskin qoxuları iyləməyi tələb edir. Koronavirusdan sağalan adamlarda iybilmə qabiliyyəti iki həftədən sonra qayıtmazsa, bu qoxu təliminə başlanılmalıdır". (publika.az)


Etiketlər:  Koronavirusdan sonra iybilmə duyğusu qayıtmazsa BUNU EDİN


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ