Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyul 2019 21:03
Bakı. Trend:
Avqustun 1-də Bakı Fond Birjasında (BFB) Qara Dəniz Ticarət və İnkişaf Bankının korporativ istiqrazları üzrə hərrac keçiriləcək.
BFB-dən Trend-ə verilən məlumata görə, korporativ, təmin olunmamış istiqrazın emissiya həcmi 10 milyon AZN, nominal dəyəri 1000 AZN, tədavül müddəti 730 gün, faiz gəliri 9,25 faizdir. İstiqrazlar 2021-ci il iyulun 31-də ödəniləcək. “PAŞA Kapital İŞ” QSC anderrayter vəzifəsində çıxış edir.
Hərracda iştirak etməkdə maraqlı olanlar birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin