Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Mart 2021 10:56
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən reydlər zamanı xüsusi karantin rejimi qaydalarına əməl etməyən kafe aşkarlanıb.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Sonxeber.net-a verilən məlumata görə, rayonun Qazma kəndində yerləşən "Yeni məkan" adlı kafenin gecə saat 12-dən sonra gizli şəkildə fəaliyyət göstərdiyi müəyyən edilib. Obyekti icarə əsasında işlədən Ramazan Nuriyev və orada olan müştərilər barəsində inzibati xəta haqqında protokol tətib olunaraq, baxılması üçün rayon məhkəməsinə göndərilib.