Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Airbus A319 Heydər Əliyev Beynəlxalq Hava Limanına təcili eniş etdi

Airbus A319 Heydər Əliyev Beynəlxalq Hava Limanına təcili eniş etdi

Tarix: 27 Iyul 2019 00:56

Bakı. Trend:

Bakıdan Dubaya uçan Azərbaycan Hava Yolları J2-015 reysinin kapitanı dönüb Heydər Əliyev Beynəlxalq Aeroportuna enməsini istəyib.

Trend-in məlumatına görə, Airbus A319 təyyarəsinin planlaşdırılmamış enişinin səbəbi baqaj hissəsindəki tüstü detektorun işləməsi olub.

Bakı vaxtı ilə 23:28-də təyyarə Bakı hava limanına təhlükəsiz eniş edib. Təyyarəyə baxışdan sonra məlum olub ki, detektor yanlış işləyib.

Ümumilikdə, təyyarənin heyəti, ekipaj üzvləri də daxil olmaqla 113 nəfər olub, xəsarət alan olmayıb.

Sərnişinlər ehtiyat təyyarə ilə Dubaya uçacaqlar.


Etiketlər:  Airbus A319 Heydər Əliyev Beynəlxalq Hava Limanına təcili eniş etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ