Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xiaomi-dən yeni Mi Band 6 smart qolbağı - QİYMƏTİ

Xiaomi-dən yeni Mi Band 6 smart qolbağı - QİYMƏTİ

Tarix: 30 Mart 2021 19:52

Yeni Mi 11 smartfonları ilə yanaşı Xiaomi şirkəti çoxdan gözlənilən Mi Band 6 smart qolbağını da təqdim edib. Şirkət illərlə tanınan konsepsiyanı dəyişməyib. Bunun yerinə o, Mi Band seriyasında mövcud olan özəllikləri 6-cı nəsildə təkmilləşdirib. Mi Band 6-da nəzərə çarpan yenilik isə onun ekran ölçüsünün böyüdülməsindədir. Beləliklə yeni smart qolbağın gövdəsinin forması əvvəlki model ilə eynidir. Mi Band 6-ni Mi Band 5-dən böyüdülmüş ekran sayəsində fərqləndirmək olar. Belə ki, Mi Band 6 1.56 düym AMOLED ekran əldə edib.

Bunun sayəsində cihaz 50% daha çox faydalı məlumatı əks etdirir və yeni funksiyaları özündə birləşdirir. Smart qolbağa inteqrasiya edilmiş GPS modul istifadəçinin hərəkətini dəqiq şəkildə təyin edə bilir. Bununla yanaşı Mi Band 6 ürək döyüntüsünün tezliyini və qanda oksigen miqdarını ölçə bilir. Smart qolbağın yeni modelinə 30 idman rejimi daxildir. Adi rejimdə Mi Band 6 14 gün ərzində çalışa bilir. Lakin buna baxmayaraq smart qolbaq enerjiyə qənaət rejimini özündə birləşdirir və onun sayəsində 19 gün çalışa bilir. Əvvəlki model kimi Mi Band 6 da 50 metr dərinliyə dözə bilir. Beləliklə Mi Band 6-nın adi versiyası 35$-a, NFC modula sahib versiyası isə 43$-a satılacaq.

Milli.Az


Etiketlər:  Xiaomi dən yeni Mi Band 6 smart qolbağı QİYMƏTİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ