Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Daha bir xəstəlik tapıldı: 5 nəfər vəfat etdi

Daha bir xəstəlik tapıldı: 5 nəfər vəfat etdi

Tarix: 31 Mart 2021 19:40

Kanadada həkimlər beyinin yaddaşı itməsi, qarabasma, əzələ atrofiyası ilə müşahidə olunan naməlum xəstəliyi araşdırırlar.

Milli.Az xəbər verir ki, bu barədə "The Guardian" nəşri bildirib.

Kanadada naməlum xəstəliyə 43 yoluxma halı qeydə alınıb. İlk əlaməti həkimlər hələ 2015-ci ildə qeydə alıblar, xəstəlik 2019-cu ildə 11 nəfərdə aşkarlanıb, 2020-ci ildə bu göstərici artaraq 24 olub. Bununla yanaşı, beş xəstə vəfat edib.

Xəstəliyin aşkarlandığı pasiyentlərdə ağrılar, spazmalar və davranış dəyişiklikləri hiss edilib, həmçinin həyəcan və ya depressiya müşahidə olunub.

Qeyd edilir ki, naməlum xəstəliyə yoluxma ilə bağlı halların əksəriyyəti Akadi yarımadasında və Nyu-Bransuik əyalətinin Monkton şəhərində qeydə alınıb.

Hazırda tədqiqatçılar qrupu yeni xəstəliklə ekoloji problemlər arasında əlaqənin mövcud olub-olmadığını araşdırırlar. /medicina.az

Milli.Az


Etiketlər:  Daha xəstəlik tapıldı nəfər vəfat etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ