Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xərçəng riskini 5 qat artırır - Çay içərkən istiliyinə DİQQƏT

Xərçəng riskini 5 qat artırır - Çay içərkən istiliyinə DİQQƏT

Tarix: 1 Aprel 2021 21:21

Mütəmadi olaraq qaynar, 65 dərəcədən çox istilikdə içilən çay qida borusu xərçəngi riskini artırır.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, araşdırmalara görə, siqaret, isti çay və alkoqol istifadəsi varsa bu risk 5 qat daha da artır. Gündə 3-4 fincandan çox olmamaq şərti ilə, ilıq çay içilməlidir. Amerika və Çində aparılan araşdırmalara görə, 65 dərəcədən yüksək istilikdə içilən çay qida borusu xərçəngi riskini artırır. Dünyada bəzi nəticələrə görə 6, bəzilərinə görə isə 8-ci sırada olan ölüm səbəbidir.

Çin, Qazaxıstan, Tacikistan, Özbəkistanda çox insan çay və isti içkilər içdiyindən qida borusu xərçəngi problemi ilə çox qarşılaşırlar. Onunla bərabər siqaret və alkoqol istifadəsi varsa bu risk daha da artır.

Çay içməzdən əvvəl 3-4 qdəqiqə gözlətmək lazımdır. Qaynar çay içdikdə qida borusunda yaralar əmələ gəlir. Əgər bu xroniki hal alarsa xərçəng yarada bilər.
Qeyd edək ki, qida borusu xərçənginin ən önəmli əlaməti udqunmada çətinlikdir. Belə olan halda mütləq həkimə getmək lazımdır.


Etiketlər:  Xərçəng riskini artırır Çay içərkən istiliyinə DİQQƏT


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ