Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tamaşaçı: Milli Gimnastika Arenasında yarışlar həmişə maraqlı olur

Tamaşaçı: Milli Gimnastika Arenasında yarışlar həmişə maraqlı olur

Tarix: 27 Iyul 2019 14:50

Bakı. Cani Babayeva - Trend:

Milli Gimnastika Arenasında yarışlar həmişə yaxşı təşkil olunur, maraqlı keçir, zal, yerlər çox rahatdır. Bunu Trend-ə EYOF Bakı 2019-da idman gimnastikası üzrə yarışları izləyən tamaşaçı Marina Vasinkina deyib.

Tamaşaçı bildirib: "Həmişə bura yarışlara baxmağa gəlirəm. Etiraf edim ki, daha çox bədii gimnastika üzrə yarışları izləməyə gəlirəm, çünki özüm də idman ustasıyam və gimnastikanın bu növünə məhəbbət məndə hələ qalıb. Amma idman gimnastikası üzrə yarışlar da məni çox maraqlandırır".

M.Vasinkina sentyabrda Milli Gimnastika Arenasında keçiriləcək bədii gimnastika üzrə dünya çempionatını izləməyə gələcəyini də vurğulayıb.

Qeyd edək ki, XV Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində Milli Gimnastika Arenasında idman gimnastikası üzrə yarışların sonuncu günü start götürüb.

Bu gün gimnastlar müxtəlif alətlər üzrə final yarışlarında güclərini sınayırlar. Kişi gimnastlar dayaqlı tullanma, paralel qollar, turnikdə, qadınlar isə gimnastika tiri və sərbəst hərəkətlərdə medallar uğrunda yarışırlar.

Kişilər və qadınlar üzrə idman gimnastikası yarışları 23-27 iyul tarixlərində baş tutub. Yarışda Azərbaycanı 4 gimnast – Səməd Məmmədli, Ağakazım Rüstəmov, Mənsum Səfərov və Milana Minakovskaya təmsil edirlər.

Səməd Məmmədli 3 növ - sərbəst hərəkətlərdə, atla hərəkətlərdə və çoxnövçülük üzrə finala çıxıb. Gimnast atla hərəkətlərdə gümüş medala sahib olub.

Qeyd edək ki, iyulun 21-də Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı start götürüb. İyulun 27-nə qədər davam edəcək mötəbər turnir 12 idman obyektində keçirilir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Tamaşaçı Milli Gimnastika Arenasında yarışlar həmişə maraqlı olur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ