Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə yük maşınında gizlənən 218 miqrant aşkarlanıb

Türkiyədə yük maşınında gizlənən 218 miqrant aşkarlanıb

Tarix: 2 Aprel 2021 07:20

Türkiyədə ağır tonnajlı yük maşının kuzasında 218 miqrantın olduğu aşkarlanıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, TIR-ın qanunsuz olaraq qaçqınları daşıması polis əməkdaşlarının Van vilayətinin Erciş rayonu ərazisində keçirdikləri reyd zamanı üzə çıxıb.

Bildirilir ki, yük maşının sürücüsü həbs edilib, qaçqınlar aidiyyəti qaydada Van Miqrasiya İdarəsinə təhvil verilib.

Qeyd edək ki, bu ərazidə martın 5-də baş vermiş yol-qəzası zamanı TIR-ın kuzasında 114 qaçqının olduğu aşkarlanmışdı.

Milli.Az


Etiketlər:  Türkiyədə yük maşınında gizlənən miqrant aşkarlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ