Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şabranda külək evin hasarını aşırıb, 1 uşaq ölüb, ikisi yaralanıb

Şabranda külək evin hasarını aşırıb, 1 uşaq ölüb, ikisi yaralanıb

Tarix: 2 Aprel 2021 10:32

Aprelin 1-də saat 14 radələrində Şabran şəhəri, M.Əsədov küçəsində 2010-cu il təvəllüdlü Məmmədov Fəqan Ruslan oğlunun üzərinə hasar aşması nəticəsində xəsarətlər alması və aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Şabran rayon prokurorluğundan Milli.Az-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, Fəqan Məmmədov, əmisi oğlu 2011-ci il təvəllüdlü Məmmədov Pənah Zaur oğlu və qonşusu 2007-ci il təvəllüdlü Məmmədov İlkin Mahir oğlu ilə evlərinin yaxınlığında oynadıqları zaman güclü küləyin təsirindən qonşuluqda yerləşən evin daş hasarının üzərlərinə aşması nəticəsində Fəqan Məmmədov aldığı xəsarətlərdən ölüb, digərləri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Şabran rayon prokurorluğunda araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Şabranda külək evin hasarını aşırıb 1 uşaq ölüb ikisi yaralanıb


RƏYLƏR