Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Aprel 2021 16:14
Problemli kreditlərin qarşısını almaq üçün dövlət tərəfindən sistemli və kompleks tədbirlərin həyata keçirilməsinə ehtiyac var.
Sonxeber.net xəbər verir ki, bunu ARB24-ün xəbərlər proqramına açıqlamasında iqtisadçı Elşad Məmmədli deyib. O bildirib ki, problemli kreditlərə əsasən idxal və istehlak və ipoteka təyinatlı kreditlər daxildir:
"Əhalinin real gəlirlərinin artımına nail olmadan bu problemlərin aradan qaldırılması mümkün deyil. Bunun üçün bank sektoru başlıca missiyasına qayıdış etməlidir. Yəni bank sektoru pul resurslarını real sektora istiqamətləndirməlidir. Əks halda isə problemli kreditlərin həcmi artacaq".
Məsələyə münasibət bildirən iqtisadçı Ruslan Atakişiyev də bildirib ki, banklar ödəmə qabiliyyəti zəif olan müştərilərə kredit verməkdənsə, vəsaitləri qiymətli kağızlarda və başqa yerlərdə yerləşdirməsi daha məqsədəuyğun olar.