Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Susduqca, üstümə gəlirlər''

''Susduqca, üstümə gəlirlər''

Tarix: 2 Aprel 2021 17:15

Bir müddət əvvəl gənc aktrisa Ayşegül Çınar dostları ilə əyləncə mərkəzindən qayıdarkən polis onun avtomobilində narkotik maddə aşkar etdi və həbs edildi. Daha sonra həmin maddənin keçmiş sevgilisi tərəfindən qoyulduğunu deyən aktrisa bəzi dəlil və sübutların toplanılması ilə azadlığa buraxıldı.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, həmin əyləncə mərkəzindəki təhlükəsizlik kameralarına baxış keçirilən zaman aktrisanın maşınına heç bir şəxsin yaxınlaşdmadığı məlum olub.

Bundan sonra Ayşegül "Söylemezsem Olmaz" proqramında canlı yayıma qoşularaq o görüntülərin həqiqəti əks etdirmədiyini deyib:

"Bu mövzu artıq çox uzandı. Danışmaq istəmirdim, lakin məcburam. Mən susduqca, üstümə gəlirlər. Onun avtomobilimin arxasında dayandığı görüntüləri var əlimdə. İnsanların hansı videoya baxdıqları önəmlidir. İki gün əvvəl maşının açarını itirdim. Keçmiş sevgilimdə isə əlavə açar var idi. İki gün sonra  isə polis avtomobilimdə narkotik tapdı".

Milli.Az


Etiketlər:  Susduqca üstümə gəlirlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ