Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Şuşaya atılan ''İsgəndər''lərə görə cavab verəcəklər'' - Venediktov - VİDEO

''Şuşaya atılan ''İsgəndər''lərə görə cavab verəcəklər'' - Venediktov - VİDEO

Tarix: 3 Aprel 2021 21:20

"Qalıqları Azərbaycanın Şuşa şəhərində aşkarlanmış "İsgəndər"lərlə bağlı məsələ çox müəmmalıdır".

Sonxeber.net Bunu Rusiyanın "Exo Moskvı" radiostansiyasının baş redaktoru Aleksey Venediktov canlı yayımda S.Buntmanın sualını cavablayarkən söyləyib.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin atdıqları raketlərin qalıqları Şuşada iki müxtəlif ərazidə aparılan əməliyyat tədbirləri nəticəsində aşkar edilib. Mütəxəssislər tərəfindən ərazidə raket qalıqlarına baxış zamanı "9-M-723" raketin olduğu müəyyən olunub. Hansı ki onun kod adı "İskəndər" olduğu müəyyən olunub. Raketin uzunluğu 7 metr 23 sm, diametri isə 920 mm-dir.

"Şuşada aşkarlanmış qalıqlardakı yazılar göstərir ki, bu raket "İsgəndər" operativ-taktiki raket kompleksinin ixrac variantı olan "E" yox, "M"-dir. Yəni Ermənistana və ya hər hansı başqa ölkəyə satılmış variant deyil. Bu 9M723 sadəcə Rusiya Silahlı Qüvvələrində olan "İsgəndər" raketi variantıdır.

Faktlar xarici işlər naziri Sergey Lavrova təqdim olunub və məncə, hələlik rəsmi açıqlama yoxdur. Prezident Vladimir Putin isə deyəsən, məsələnin araşdırılımasına göstəriş verib. Çünki belə olmamılıdır. "İsgəndər" OTRK-dan buraxılışlar peyklə izlənir. Bizim və başqalarının peykləri göstərir ki, Rusiyanın Ermənistandakı Gümrü şəhərindəki bazasından heç nə buraxılmayıb.

Düşünürəm ki, bu məsələ ilə bağlı hərbçilər Putin qarşısında cavab verməlidirlər. Ciddi məsələdir", - A.Venediktov deyib.


Etiketlər:  Şuşaya atılan İsgəndərlərə görə cavab verəcəklər Venediktov VİDEO


RƏYLƏR